Paytaxt Bakımız daha bir mötəbər tədbirə ev sahibliyi etdi. Bakı region üçün əhəmiyyəti artmaqda olan tədbirlərin keçirildiyi mərkəzdir. Bakı təkcə regionda ən böyük olan 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin yəni bu sənaye tədbirinə ev sahibliyi etmir. Eyni zamanda bu həftə baş tutacaq Formula 1 kimi beynəlxalq yarışın keçirildiyi məkandır. Regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış beynəlxalq platforması olan sərgi hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçilərini öz meydançasında bir araya gətirir. Şirkətlər neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini, bir sıra digər nailiyyətləri nümayiş etdirirlər.
Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimin keçirilməsi Azərbaycanın iqtisadi inkişaf istiqamətində atdığı növbəti addımların göstəricisidr. Sərgidə 30 müxtəlif ölkəni təmsil edən 249 şirkət iştirak edirdi. Dövlət başçısı cənab İlham Əliyev tədbirdə çıxış edərək xüsusi məqamlara toxunaraq qeyd etdi ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Müstəqilliyimizin ilk illərində vəziyyət belə olmayıb. Həmçinin bildirmək istərdim ki, artıq 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətinin cəlb edilməsində çox əhəmiyyətli rol oynayıb.
Azərbaycan artıq beynəlxalq səviyyədə özünəməxsus imici olan etibarlı tərəfdaş ölkələr sırasındadır. Yuxarıda qeyd olunduğu kimi sərgidə 30 müxtəlif ölkəni təmsil edən 249 şirkətin iştirakı da ölkəmizlə əlaqələrin inkişafına olan marağın bariz nümunəsidir. 2003-cü ildən başlayaraq ümummilli liderin davamlı iqtisadi inkişaf modeli dahi Heydər Əliyev məktəbinin istedadlı yetirməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla inkişaf etdirilir. Daxili və xarici siyasət sahəsində qazanılan uğurlara, həmçinin neft strategiyasının reallaşdırılması, ölkədə makroiqtisadi sabitliyin davamlılığının təmin edilməsi sayəsində möhtəşəm nəticələrə görə cənab İlham Əliyev xalqın şəksiz liderinə çevrilmişdir. Qürur hissi ilə söyləmək olar ki, bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi nəticəsində Azərbaycan tarixi nailiyyətlər qazanıb, dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişmişdir.
Ərəstun Əliyev,
Masallı rayon Köhnə Alvadı kənd sakini
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir