Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ malik olan, tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi-iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla davam edir.
Bu gün Türkiyə əhəmiyyətli sosial-iqtisadi və elmi-texniki tərəqqi, hərtərəfli inkişaf yolu keçərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilib. Xalqlarımızın istək və iradəsindən qaynaqlanan Azərbaycan və Türkiyə münasibətləri bu gün ən yüksək səviyyədədir. Dostluq və qardaşlıq zəmini üzərində qurulan dövlətlərarası münasibətlərin bu səviyyəyə gəlib çatmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın misilsiz xidmətləri var. Çoxşaxəli ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi yolunda dövlət başçılarının qətiyyətli siyasəti, qardaş ölkənin Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda haqq işinə bütün müstəvidə açıq, tərəddüdsüz mənəvi və siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması uğrunda 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsində Türkiyə dövlətinin və onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəsdək təmənnasız qardaşlığın parlaq nümunəsidir. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukrurları Azərbaycanın qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq göstərdilər. Beynəxalq səviyyədə nə qədər təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu, həm Azərbaycanı ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı.
2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” Qardaşlığın rəmzi olan bir Bəyyannamədir. Müttəfiqlik haddinda imzalanmış bu Bəyannamə iki qardaş ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır və Bəyənnamədə göstərilən bütün müddəalar keyfiyətcə daha yüksək səviyyəli əməkdaşlığın təminatıdır. İmzalanmış Bəyənnamə tarixə əsaslanır və möhkəm təmələ malikdir.
Bu gün Qarabağda sosial və sənaye infrastrukturu sahəsində intensiv iş aparılır. Yeni magistral yollar çəkilir, körpülər salınır, enerji stansiyaları açılır, yüksəkgərginlikli xətlər çəkilir, yeni su anbarları yaradılır. Hava limanları inşa edilir. Vətən müharibəsində olduğu kimi, bərpa işlərində də Türkiyədən olan qardaşlarımız öz səy və bacarıqlarını bizdən əsirgəmirlər.
Mansur Quliyev,
YAP Ağdam rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir