Texnofest Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdlr. İlk dəfə bu festival 2018-ci ildə Türkiyənin İstambul şəhərində keçirilib. Bu möhtəşəm festival bu dəfə Azərbaycanda, Bakı şəhərində keçirildi. İlk dəfə olaraq Türkiyədən kənarda Azərbaycanda keçirilməsi heç də təsadüfü deyildir. Texnofestin Azərbaycana keçirilməsi dostluq, qardaşlır və strateji əlaqələrin möhkəmliyidir.
Türkiyə-Azərbaycan əməkdaşlığı tarixi köklərə dayanır. Bu tarixin kökündə dilimiz, dinimiz, mədəniyyətimiz, milli maraqlarımız durur. Tarixən Türkiyə-Azərbaycan olaraq bir-birimizə arxa-dayaq olmuşuq, bu günə qədər də bu birlik, dostluq, qardaşlıq çox şərəflə davam edir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Müstəqillik Günündə Azərbaycana səfəri bu birliyin əbədiliyini göstərir. Bir Azərbaycanlı kimi mən qürur hissi duyuram ki, Türk dünyasının böyük oğlu, dünyaşöhrətli alim, Dezoksiribonuklein turşusunun bərpası işinə görə Kimya üzrə Nobel mükafatı laureatı hörmətli Əziz Səncər, “TEKNOFEST”-in təşkilatçısı və təşəbbüskarı Selcuk bəy, Bayrakdarlar ailəsi Azərbaycanın qonağı olmuşdur. İkinci Qarabağ müharibəsində “Bayrakdar” Pilotsuz Uçuş Aparatların (PUA) rolu böyük olmuşdur. Cənab prezidentimiz, ali baş komandanimız İlham Əliyev dediyi kimi, azərbaycan gəncləri Selcuk bəy Bayrakdara oxşamağa çalışmalıdırlar.
Cənab prezidentimiz, ali baş komandanimız İlham Əliyev öz çıxışında demişdir: “Təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var – o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənini artan gücü nizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik”.
Bəli, iki ölkəni birləşdirən tək dil, din, mədəniyyət deyil, həm də öz xalqının və dövlətinin milli maraqlarını müdafiə etmək deməkdir. İki dövlət arasında olan qardaşlıq bütün dünyaya nümunədir. Türkiyə ilə Azərbaycanın birgə inamla addımladıqları yol şərəfli yoldur, sülh yoludur. Bizim heç bir xalqın torpağında gözümüz yoxdur. Biz yalnız öz doğma torpaqlarımızı qoruyuruq. Bu yol daim möhkəm olacaq. Cənab Rəcəb Tayyib Ərdoğanın: “Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq” sözləri gələcəyin təzahürü idi.
Texnofest festivalının Azərbaycanda keçirilməsi Azərbaycan gənclərinin özlərini Texnologiya sahəsində sınaması və öz bacarıqlarını nümayiş etdirməkdə böyük dəstəyi olacaq.Ümumiyyətlə, festival milli texnologiyaların təbliği və inkişaf etdirilməsi, insanların bu sahədə məlumatlılığının artırılması məqsədi daşıyır.Texnofestin sərgisinə Azərbaycan və Türkiyənin elm və ali təhsil ictimaiyyətinin nümayəndələri tərəfindən böyük diqqət göstərilib. Bu sərgidə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) üçün də pavilyon ayrılmışdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Mehriban İmanova, Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, eləcə də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) və Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələri və universitet tələbələri ziyarət etmişdilər.
Sevindirici haldır ki, AMEA-nın pavilyonuna nümayiş olunmuş robotlar, süni intellekt sistemləri, pilotsuz uçuş aparatları və digər innovativ layihələri festivalı ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Gələcəkdə AMEA ilə Türkiyənin müvafiq elm və təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulması barədə fikir mübadiləsi aparılmışdır.
Şəhla Xəlilova,
YAP Yasamal rayon təşkilatının AMEA Fizika İnstitutunun ərazi partiya təşkilatının sədri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir