02 iyun 2022 22:18
567

Region üçün yeni tarixi gerçəklik

Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir.Ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər.Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir.

Bir neçə gün öncə Bakıda keçirilən “TEXNOFEST Azərbaycan” Aerokosmik və texnologiya fistivalı Azərbaycan-Türkiyə arasındakı dostluq,qardaşlıq münasibətlərinin növbəti təzahürüdür. “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında birgə iştirak edən Azərbaycan və Türkiyə Prezidentlərinin çıxışlarından bəlli oldu ki, bir millətin iki dövlətinin hədəfi də, sözü də birdir.İki qardaş ölkənin Liderləri söz ilə əməlin vəhdətini bir daha dünyaya nümayiş etdirdilər.

Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan, bir-birinə bu qədər yaxın münasibətlərdə olan ölkələrə rast gəlmək mümkün deyil.Ümummil lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyası bu günümüzün reallığına çevrilib.Yada salaq ki, 44 günlük müharibə dövründə Türkiyə siyasilərinin nümayiş etdirdikləri birlik və həmrəylik çox qürurverici idi.Azərbaycan-Türkiyə Cümhuriyyəti həmrəyliyi və əməkdaşlığı qardaş ölkələrarası münasibətlərin bütün sahələr üzrə inkişaf etdirilib daha da möhkəmləndirilməsinə uğurla xidmət etdiyi kimi, beynəlxalq aləmdə də sülh və əminamanlığın, təhlükəsizliyin, əməkdaşlığın tənzimlənməsində, regionda meydana çıxan problemlərin həllində mühüm əhəmiyyətə malikdir.

İyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında "Şuşa Bəyannaməsi”nin imzalanması da çox əlamətdar hadisə idi. Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Ən əsası, Bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir.

Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və bundan sonra da uğurla inkişaf edəcəkdir.

Təvəkkül Əliyev,
YAP Şuşa rayon təşkilatının sədri