Teknofest Festivalı Azərbaycan və Türkiyə arasında olan dostluq,qardaşlıq və tərəfdaşlığın növbəti təzahürüdür. Azərbaycan və Türkiyə həm çətin,həm xoş günlərdə bir-birinin yanında olub. 44 günlük müharibədə də bütün dünya bunun şahidi oldu. 15 İyun Qurtuluş Günündə də qardaş ölkələrin prezidentləri Şuşada tarixi bəyannamə imzaladılar. Bununla da qardaşlıq və tərəfdaşlıq münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoydu. Teknofest Festivalı da bu yeni mərhələnin, həmrəyliyin,qarşılıqlı əməkdaşlığın növbəti zirvəsidir. Bu, Azərbaycan və Türkiyə arasında elm,təhsil, texnologiya sahəsində əməkdaşlığın genişləndirilərək yeni mərhələyə qalxmasına təkan vermiş olacaq. Bütün bunları həm Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, həm də Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında görmüş olduq. Həmçinin dünya şöhrətli alim Əziz Səncərin və Türkiyə Hərbi Sənayesinin ulduzu Səlcuk Bayraktarın çıxışları da buna misaldır.
Teknofest Festivalı elmi, müstəqilliyi, qardaşlığı əldə əsas tutan bir festivaldır. Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlçuk Bayraktarın Teknofest-Azərbaycan Festivalını Azərbaycanda təşkil etməsi Azərbaycan- Türkiyə münasibətlərinin hərbi sahədə inkişafına da zəmin yaratmış oldu. Festivalda hər iki ölkənin hərbi hava,dəniz və quru qüvvələrinin iştirakı iki ölkənin hərbi gücünü nümayiş etdirdi. Festivalda Azərbaycan gənclərinin müxtəlif layihələrlə iştirak etmələri iki ölkə arasında tək hərbi deyil,elmi əməkdaşlığın da qarşılıqlı inkişafına təkan olacağının bariz nümunəsidir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Teknofest Festivalının müstəqil dövlətimizin qardaş Türkiyə Cümhuriyyəti ilə elm, təhsil,texnologia sahəsindəki qarşılıqlı əməkdaşlığın zirvəsi adlandırması bu hadisəyə nə qədər böyük qiymət və önəm verdiyinin göstəricisidir. Bütün bunlara görə Teknofest Aerokosmik və Texnologiya festivalı Azərbaycan və Türkiyənin XXI əsrdəki inkişafını, qardaşlığını, əməkdaşlığını, yeni tarixi mərhələyə çıxarmış möhtəşəm hadisədir.
Vəfa Orucova,
Füzuli rayon 59 nömrəli tam orta məktəbin təşkilati işlər üzrə direktor müavini
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir