01 iyun 2022 12:52
1040

Azərbaycan yeni inkişaf modeli yaradıb

Məlum olduğu kimi, SSRİ dövründə Azərbaycanın ayrıca nə milli inkişaf, nə də təhlükəsizlik siyasəti mövcud deyildi. Digər müttəfiq respublikalar kimi onun da inkişafı və təhlükəsizliyinin əsasları, təminatı və s. məsələlər SSRİ çərçivəsində, vahid dövlət məkanında, ümumi siyasi-iqtisadi və ideoloji yanaşma və amillərlə müəyyən olunur, bu sahə üzrə əsas problemlər ittifaq dövlətinin kompleks maraqları çərçivəsində həll edilirdi. SSRİ-nin dağılması, dünya sosializm sisteminin süqutu, çoxsaylı ölkələrin bir siyasi sistemdən digərinə keçidi, yeni yaranmış müstəqil dövlətlərin beynəlxalq münasibətlərə qoşulması və s. hadisələr planetimizdəki əvvəlki siyasi, iqtisadi, geosiyasi və hərbi-geostrateji vəziyyəti ciddi şəkildə dəyişdi. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonar Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasətinin, onun nəzəri və praktiki əsaslarının formalaşdırılması, müstəqil dövlətin həyati maraqları çərçivəsinin müəyyənləşdirilməsi və təmin olunması, milli təhlükəsizliyin mexanizmlərinin, ehtiyatlarının yaradılması, cəmiyyətin sosial-iqtisadi, siyasi və mənəvi təməlinin yeni dəyərlər və prinsiplər əsasında qurulması və bəzi vəzifələr dövlət siyasətinin xüsusi istiqamətinə çevrilərək, ümumi dövlət quruculuğu prosesinin təxirəsalınmaz və vacib məsələlərindən birini təşkil etdi.

Azərbaycan Respublikasınınmilli inkişaf və təhlükəsizliyi qarşısında dayanan həmin dövrün əsas vəzifələrini şərh edən ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, müstəqil dövlət taleyin xalqımıza bəxş etdiyi dəyərli töhfə və əvəzsiz milli sərvət idi. Lakin müstəqilliyin qorunması, ölkənin milli inkişafının və təhlükəsizliyinin təmin edilməsi ondan qat-qat çətin idi, ölkə rəhbərliyindən, hər bir vətəndaşdan xüsusi səy, məsuliyyət və iradə tələb edirdi. 1993-cü ildən başlayaraq Prezident Heydər Əliyevin rəhbərliyi ilə özündə müstəqil dövlət maraqlarını və beynəlxalq dəyərləri, ümumi təhlükəsizlik normalarını və milli postulatları əks etdirən - şəxsiyyətin, cəmiyyətin, dövlətin təhlükəsizliyinin əsas vəzifələrini, istiqamətlərini və prioritetlərini ehtiva edən yeni milli inkişaf və təhlükəsizlik siyasəti formalaşdırıldı, sonrakı dövrdə müxtəlif inkişaf mərhələlərindən keçərək təkmilləşdirildi və həyata keçirilməyə başlandı. Keçən illə ərzində Azərbaycanda milli inkişaf və təhlükəsizlik sahəsində müəyyən qanunlar yazılıb, konsepsiyalar, doktrinalar, xüsusi dövlət proqramları qəbul edilib, çoxsaylı praktiki addımlar atılıb və işlər görülüb.

Hazırda bütün bu işlərin öyrənilməsi, ümumiləşdirilməsi, dəyərləndirilməsi və həyata keçirilən siyasətin effektivliyinin qiymətləndirilməsi, ölkənin milli inkişaf və təhlükəsizlik strategiyasının elmi-nəzəri cəhətdən təhlil olunması ehtiyacı yaranıb ki, bu da ölkə siyasətşünasları qarşısında bir çoxaktual vəzifələr qoyur.

Müasir dünyanın beynəlxalq və regional təhlükəsizlik sistemi, planetin ictimai-siyasi, iqtisadi, mədəni-mənəvi inkişaf meyilləri özünəməxsus xüsusiyyətləri və dinamikası ilə fərqlənir. Bütün bunlar müstəqilik yolu ilə irəliləyən Azərbaycanın milli inkişafına, daxili və xarici vəziyyətinə, dövlət təhlükəsizliyinə ciddi təsir göstərir.

Altay Məmmədov,

YAP Şamaxı rayon təşkilatının əməkdaşı