Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində "Ağılli kənd" pilot layihəsinin açılışındakı çıxışında Azərbaycanın XX əsirdə keçdiyi çətin və şərəfli yolu təhlil etdi və gələcəyə dair mülahizələrini açıqladı.
Ölkə başçısı Prezident İlham Əliyev Rus imperiyasının süqutu nəticəsində 104 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını qeyd etdi və təəssüf hissi ilə bildirdi ki, əldə olunmuş dövlət müstəqilliyi cəmi iki ilə yaxın davam etdi. Dövlət müstəqilliyinin qısa müddətli olmasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını xalqımız daima hörmətlə andığını xatırlatdı.
Cənab Prezident qeyd etdi ki,Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan bir gün sonra qədim Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisi ermənilərə verildi və onlar özlərini dövlət elan etdilər. Hansı ki, bu ərazilərin ermənilərə heç bir aidiyyətı yoxdur. Ermənilər süni köçürmə yolu ilə İrandan, şərqi Anadoludan və digər ərazilərdən qədim Azərbaycan torpaqlarına köçürülərək məqsədli şəkildə məskunlaşdırılmışdılar.İrəvanın ermənilərə verilməsinin tarixi səhv olduğunu cənab Prezident xüsusi vurğulayaraq qeyd etdi ki, bu səbəbdən Azərbaycanın ərazisinin böyük bir hissəsi ermənilərin əlinə keçdi. Xalqımız böyük faciələrlə üzləşməli oldu.
Prezident İlham Əliyev bildirdi ki, 1920 - ci ilin noyabrında sovet hakimiyyəti qərbi Zəngəzuru Azərbaycandan qopararaq ermənilərə verdi, bu xalqımıza qarşı tarixi ədalətsizlik idi. Həmin dövürdə ərazidə mövcud olmuş bütün kəndlər, o cümlədən milli tərkib azərbaycanlılara məxsus idi. Cənab Prezident Azərbaycanın həqiqi müstəqil dövlət olaraq mövcudluğunun Ulu Öndər Heydər Əliyevin 1993- cü ildə yenidən siyasi hakimiyyətə gəlişindən sonra mümkün olduğunu vurğuladı və Heydər Əliyevin dövlətçilik təcrübəsi, qətiyyətli mövqeyi, gərgin əməyi, dünya miqyasında malik olduğu nüfuzu və xalqımızin onun ətrafında birliyi hesabına Azərbaycanın dövlət müstıqilliyi qorunub saxlandı, ilbəil möhkəmləndirildi, dönməzliyi, əbədiliyi təmin edildi.
Cənab Prezident Azərbaycanın bugünkü durumunu xarakterizə edərək bildirdi ki, iqtisadiyyatımız güclüdür, iqtisadi artım tempinə görə dünya dövlətləri arasında ilk yerlərdə dayanırıq, heç bir dövlətdən və beynəlxalq maliyyə qurumlarından asılılığımız yoxdur. İrimiqyaslı layihələrimizi, Qarabağda abadlıq- quruculuq işlərimizi öz maliyyə imkanlarımız hesabına özümüz icra edirik.
Dövlət başçısı dünyanın siyasi mənzərəsini xarakterizə edərək bildirdi ki, dünyada hüquq sistemi işləmir, güc amili önə çıxıb. Dövlətimizin təhlükəsizliyinin təmin edilməsi ən önəmli məsələdir. Biz dövlətimizin hərbi təhlükəsizliyini təmin etmək üçün yeni qoşun növləri, hərbi birləşmələr yaradırıq, yeni müasir silah və hərbi texnikalar alır, Ordumuzun döyüş qabiliyyətinin artırılmasını daima diqqət mərkəzində saxlayırıq. Ermənistanın rəzil vəziyyətdə olduğu, ictimai sabitliyin pozulduğu, iqtisadi durumun bərbad bəziyyətdə olduğu, hərbi qüdrətinin Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində darmadağın edildiyini cənab Prezident qeyd etdi.
Eyni zamanda, cənab Prezident qeyd etdi ki, Azərbaycan sabitlik, təhlükəsizlik adasıdır. Tam müstəqil siyasət aparır. Biz müstəqil siyasət aparmasaydıq heç vaxt işğala son qoya bilməzdik. Cənab Prezident Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsinin arxasında xarici faktorun olmasına diqqət çəkməklə ermənilərin arxasında dayanan mərkəzlərə, xarici dövlətlərə öz mesajını çatdırdı, etmənilərə iki dövlət arasında münasibətlərin normallaşması üçün irəli sürülmüş təklifləri bəyan etdiyini, ermənilərin bu təkliflərə müsbət münasibət bildirdiklərini vurğuladı, Qarabağda yaşayan ermənilərə Azərbaycanda qalıb yaşamağın yolununu göstərdi.
Cənab Prezident Qarabağa qayıdış planlarından danışdı. Mina təhlükəsinin aradan qaldırllması və əhalinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini qeyd etdi.
Malik Mustafayev,
Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbin direktoru,
YAP üzvü
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir