Müstəqil Azərbaycan hər il daha da güclənir, sürətlə inkişaf edir. Aparılan siyasət sayəsində Azərbaycan dövləti inkişafında dayanıqlıq təmin edib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə - modernləşmə mərhələsinə qədəm qoyub. Müstəqilliyinin ilk illərində Azərbaycan dövləti bir çox siyasi və iqtisadi problemlərlə üzləşib. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra öz həqiqi dövlət müstəqillyinə qovuşmuş Azərbaycanın inkişafında dönüş yarandı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə qısa müddət ərzində siyasi və iqtisadi sabitləşmə təmin edildi, Azərbaycan iqtisadiyyatının yenidən qurulması, dayanıqlı inkişaf mərhələsi başlandı. Heydər Əliyevin fəaliyyəti nəticəsində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Bu gün də Heydər Əliyev ideyaları Azərbaycan hökuməti tərəfindən uğurla reallaşdırılır və yüksək nəticələr əldə edilir. Dövlət başçısı İlham Əliyev ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanı inamla davam etdirərək Azərbaycanın dinamik inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Bu alternativsiz siyasətin Azərbaycana gətirdiyi böyük uğurlar respublika hüdudlarından kənarda da yüksək etimadla, rəğbətlə qarşılanır. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ildən bu vaxtadək olan müddət Azərbaycanın şanlı tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olmuşdur.İlham Əliyev Azərbaycan dövlətini ən güclü inkişaf mərhələsinə yetirdi və tarixinin ən qüdrətli ölkəsinə çevirdi. Azərbaycanın sosial-iqtisadi inkişafı üçün misilsiz nailiyyətlərə imza atdı. Azərbaycan başdan-başa abadlıq-quruculuq meydanına çevirdi. Həyata keçrilən məqsədyönlü dövlət proqramları ilə bir sıra problemlərin qısa müddətdə həllinə nail oldu. Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi dövlətçilik kursuna uyğun olaraq Azərbaycanın sözün əsl mənasında həqiqi müstəqilliyini təmin etdi. Ölkənin sosial-iqtisadi cəhətdən kiminsə asılılığında olmasına imkan vermədi. Əksinə, Azərbaycanı ən önəmli, rəyi, mövqeyi ilə hamının hesablaşmağa məcbur qaldığı nüfuzlu ölkəyə çevirdi. Azərbaycan regionun lider dövləti kimi bölgədəki yeni reallıqların əsas müəllifi, iqtisadi-siyasi proseslərin başlıca iştirakçısı oldu.
Prezident İlham Əliyevin Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılışında qeyd etdiyi kimi: “Biz iqtisadi cəhətdən müstəqilik. Bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Bunu yaxın tarix göstərib. Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq və heç bir yardıma, kreditə ehtiyacımız yoxdur. Əksinə, biz özümüz indi bəzi ölkələrə kreditlər veririk. Məhz iqtisadi müstəqillik nəticəsində bu gün, bax, bu Ağalı kəndi deyə bilərəm ki, dünyanın ən mütərəqqi kəndlərinin birinə çevrilib. Bunu biz etmişik, öz gücümüzlə və azad edilmiş bütün digər torpaqlarda öz gücümüzlə bərpa işlərini aparırıq və indi nəhəng layihələr icra edilir”.
Bu gün dünya iqtisadiyyatı üçün yeni həyat mənbəyi rolunu oynayan bir çox şəbəkələr, enerji-kommunikasiya xətləri məhz Azərbaycanda kəsişir və burada üst-üstə düşərək, dünyada dayanıqlı inkişafa, sülhə, rifaha can atan hər kəs üçün fayda yaradır. Ölkəmizin təşəbbüsü və yaxından iştirakı ilə həyata keçirilən qlobal enerji-kommunikasiya layihələri regionun geopolitik mənzərəsini yenidən müəyyənləşdirdi. Bu mənzərədə Azərbaycan qlobal inkişaf proseslərinin mərkəzindədir.Ölkəmiz dünya miqyasında böyük rəğbətə malikdir və Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Azərbaycanın getdikcə yüksələn iqtisadi imkanları, qazanılan sosial-iqtisadi nailiyyətlər ölkəmizin bu günü və gələcəyi üçün bir sıra strateji qərarların icrasına həyat verir. Malik olduğumuz iqtisadi imkanlar beynəlxalq münasibətlər sistemində də ölkəmizin mövqelərini getdikcə gücləndirməkdədir. Azərbaycan bu gün beynəlxalq müstəvidə ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır.
Bu gün Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizin daha müasir şəkildə, yeni dövrün tələblərinə uyğun bərpasını qarşıya əsas vəzifə kimi qoyub. İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı Azərbaycan dövləti üçün prioritet məsələdir. Azad olunmuş ərazilər Azərbaycan iqtisadiyyatına yeni nəfəs gətirib. Azərbaycan iqtisadiyyatı kəmiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Artıq işğaldan azad edilmiş ərazilərimizin ən müasir texnologiyaların tətbiqi ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında sürətlə bərpa prosesi gedir. Bu mühüm tədbirin reallaşdırılması üçün məqsədyönlü fəaliyyət strategiyası hazırlanıb və həmin strategiya uğurla həyata keçirilir. Bu istiqamətdə görülən işlər artıq dünya mediasının da diqqət mərkəzindədir. Bu gün qürurla deyə bilərik ki, qaçqın və məcburi köçkünlərin 30 illik həsrətlərinə son qoyulub.Ərazilərin sürətlə bərpa olunması və müharibədən əvvəl orada yaşamış bütün insanların doğma yurdlarına qayıtmaları üçün işlər aparılır.Torpaqlarımızın düşmən tapdağından azad edilməsi, həmin ərazilərimizdə bərpa və quruculuq işlərinin aparılması Azərbaycan Prezidenti İlham Əliyevin siyasi qətiyyətinin, şanlı Ordumuzun gücünün nəticəsidir.
Elmar Əhmədov,
YAP Salyan rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir