30 may 2022 14:08
905

Azərbaycanın müstəqilliyi əbədidir

Dünya tarixinə nəzər yetirsək görərik ki, dünya tarixində neçə-neçə qüdrətli hökmdarlar, başçılar, prezidentlər və s. olmuşdur. Güclü dövlət başçısı olmaq üçün ilk növbədə müstəqil siyasət yeritməyi bacarmaq lazımdır. Müstəqil siyasət yeritmək üçün müstəqil dövlətə sahib olmaq və müstəqilliyi qoruyub saxlamağı bacarmaq lazımdır.

Müstəqillik heç də ərazi, dil, din və s. baxımdan digər dövlətlərdən asılı olmayaraq mövcud olmaq deyil. Əsl müstəqillik mövcud siyasət yeridildikdəmövcud olur. Çünki müstəqil siyasət yeridildiyi halda müstəqillik uzunmüddətli olmayacaq.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirdi ki, “1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır. Bu gün burada olmağımız, Ağalı kəndinin açılışında iştirak etməyimiz məhz müstəqilliyimizin möhkəmlənməsinə bağlıdır. Nə XX əsrin əvvəllərində, nə də sonlarında müstəqilliyimiz möhkəm olmamışdır. Ona görə xalqımız böyük faciələrlə üzləşmişdi. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. Ovaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi. Ancaq bu gün müstəqilliyimiz möhkəmdir və bunun nəticəsində biz İkinci Qarabağ müharibəsində Qələbə qazandıq, tarixi Qələbə qazandıq. Bunun nəticəsində düşməni diz çökdürdük və bunun nəticəsində bu gün biz buradayıq.!

Siyasət dövlət hakimiyyətinin əldə edilməsi, qorunub saxlanılması və istifadə olunması ilə bağlı fəaliyyət sahəsidir. Siyasətin məqsədi cəmiyyət üçün məqbul hesab olunan hakimiyyəti həyata keçirməyin, şəraiti və üsullarını yaratmaqdır. Şübhəsizdir ki, siyasət yalnız müstəqil şəkildə həyata keçirilməlidir.

Ulu öndər Heydər Əliyev sadalanan bu xüsusiyyətlər onda cəmlənmiş halda mövcud olan şəxsdir. Məhz onun siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan işğal altında olan torpaqlarını işğaldan azad etdi. Hazırda Azərbaycan Respublikasının prezidenti olan İlham Əliyev güclü müstəqil siyasət yeritmək bacarığına sahibdir və bunun nəticəsidir ki, 44 günlük savaş qələbə ilə nəticələndi. Güclü siyasi dövlətə malik olmaq üçün aparılan müstəqil siyasətə heç bir qüvvə mane olmamalıdır, əksinə həmin siyasət o qüvvəyə təsir etməlidir. Bunun üçün həm siyasi, həm iqtisadi, həm hərbi , həm də digər sahələr cəhətdən inkişaf etmiş dövlətə və ən əsası müstəqil siyasət yürütməyi bacaran dövlət başçısına sahib olmaq lazımdır.

Ülviyyə Süleymanova,

Tərtər rayonu Ş.Əhmədov adına Düyərli kənd ümumi orta məktəbn direktoru, YAP fəalı