Gürcüstanı təmsil edən azərbaycanlı boksçu Sahil Allahverdov İrəvanda keçirilən Avropa çempionatında erməniyə qalib gəlib.
“İki sahil” xəbər verir ki, 48 kq çəki dərəcəsində yarışan idmançı Bareqam Harutyunyanın üzərində tam üstünlüklə qələbə qazanıb - 5:0.
Qeyd edək ki, daha əvvəl Ukrayna millisində çıxış edən azərbaycanlı boksçu Elmir Nəbiyev 54 kq çəki dərəcəsindəki ilk görüşündə Ermənistan təmsilçisi Canik Sahakyandan güclü olub - 3:2.