"Vest Hem"in futbolçusu Andrey Yarmolenko komandadan ayrılıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yaybı. Ukraynalı yarımüdafiəçi London təmsilçisi ilə başa çatan müqaviləsini yeniləməyib.
Qeyd edək ki, Ukrayna millisinin üzvü 2018-ci ildən "Vest Hem"də çıxış edirdi. O, bu müddətdə 86 oyuna 13 qol vurub. 7 məhsuldar ötürmə edib.