Bəhreyn investisiya şirkəti "İnvestcorp" “Milan”ı almaqdan imtina edib.
“İki sahil” xəbər verir ki, şirkətin yaydığı məlumatda bildirilib: “Biz "Elliott" ilə "Milan"ın alışı üçün danışıqlar aparırdıq. Premium sövdələşmələrdə olduğu kimi, heç bir kommersiya razılaşması əldə edilmədi və biz danışıqları dayandırmaq qərarına gəldik. "Milan"a növbəti və sonrakı mövsüm üçün ən yaxşısını arzulayırıq”.
Qeyd edək ki, daha əvvəl “İnvestcorp”un “Milan”ı 1,18 milyard avroya almaq niyyətində olduğu bildirilmişdi.