"Barselona"nın futbolçusu Samuel Umtiti bu yay "Barselona"dan ayrılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. Müdafiəçi başqa klubda müntəzəm oyun praktikası almaq istəyir. O, 2022-ci il dünya çempionatında Fransa millisinin heyətində yer almaq üçün mübarizə aparmaq niyyətindədir . Oyunçu yalnız Avropa klublarından birinə keçməyi planlaşdırır.
Qeyd edək ki, Umtiti geridə qalan mövsüm La Liqada 1 oyun keçirib.