26 may 2022 14:38
805

"Atletiko" "Mançester Yunayted"lə qarşılaşacaq

"Atletiko" yayda  "Mançester Yunayted"lə qarşılaşacaq.

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandalar yeni mövsümə hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirəcək. Matç iyulun 30-da Oslodakı "Ullevol" stadionunda olacaq. 

Qeyd edək ki, 2021/22 mövsümünün sonunda "Atletiko" La Liqanı 71 xalla 3-cü pillədə başa vurub. “Mançester Yunayted” 58 xalla Premyer Liqada 6-cı olub.