26 may 2022 12:33
876

"Çelsi" De Liqt üçün hərəkətə keçdi

"Çelsi" "Yuventus"un əsas müdafiəçisi Matteyis de Liqt üçün hərəkətə keçib.

“İki sahil” xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb. Klub onu yayda komandadan ayrılacaq Antonio Rüdiger və Andreas Kristensenin əvəzedicisi kimi görür. Tomas Tuhel niderlandlı müdafiəçini komandasında görmək istəyir.  Tərəfərin artıq danışıqlara başladığı bildirilib. 

Qeyd edək ki, daha əvvəl 22 yaşlı futbolçunun müqaviləsini 2026-cı ilin yayına qədər uzatmağa yaxın olduğu bildirilirdi.