25 may 2022 14:47
748

Burak Yılmaz bu klubla danışıq aparır

Mövsümün sonunda "Lill"dən ayrılan Burak Yılmaz karyerasını Fransada davam etdirə bilər.

"İki sahil" "French Football"a istinadən xəbər verir ki, türkiyəli hücumçu "Reyms"lə danışıq aparır. Liqa 1 klubu onunla 2 illik müqavilə bağlamaq istəyir. Burakın da başqa təklifləri olmasına baxmayaraq, Fransada qalmaq istədiyi bildirilir.

Qeyd edək ki, 36 yaşlı hücumçu başa çatan mövsümdə "Lill"lə 40 oyuna çıxıb, 7 qol vurub, 5 məhsuldar ötürmə edib. O, ötən mövsüm "Lill"ə Fransa çempionu olub.