25 may 2022 09:45
779

Mütəllimov "Sumqayıt"dan ayrılıb

Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimov "Sumqayıt" klubu ilə yollarını ayırıb.

"İki sahil" xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi instaqram hesabında yazıb.

Mütəllimov 2 ildən sonra "gənclik şəhəri" təmsilçisi ilə vidalaşmağın onun üçün çətin olduğunu bildirib: "Burada yaxşı nəticələr qazandıq. Klubda çalışan hər kəsə, bütün azarkeşlərə təşəkkür edirəm. Ümid edirəm ki, yollarımız yenidən kəsişəcək".

Qeyd edək ki, Tellur Mütəllimov 2020-ci ildən "Sumqayıt"da çıxış edib. O, cəzalı olduğu üçün Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı matçlarında iştirak edə bilmir.