24 may 2022 17:04
809

Kovaç bu kluba baş məşqçi təyin olundu

"Volfsburq"un yeni baş məşqçisi müəyyənləşib.

"İki sahil" klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Niko Kovaç təyin edilib.50 yaşlı xorvatiyalı ilə 2024/25 mövsümünün sonuna kimi müqavilə imzalanıb. O, istefaya göndərilən Florian Koxfeldti əvəzləyib.

Qeyd edək ki, 2021/22 mövsümünün sonunda " Volfsburq " 42 xal toplayaraq Bundesliqanı 12-ci pillədə başa vurub.