25 may 2022 02:43
887

Masallı idmançıları 2 qızıl və 3 bürünc medal qazanıblar

Bütün sahələrdə olduğu kimi, dövlətin idmana qayğısı da cənub bölgəsi Masallıda  öz  müsbət nəticələrini  artıq verir. Rayonun idmançıları qatıldığı müxtəlif yarışlarda əldə etdikləri qələbələrlə öz azarkeşlərini sevindirə bilirlər.

Bu günlərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin, Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı sayəsində Sabirabad rayonunda Yunan-Roma güləşi üzrə (U-15 2007-2008-ci il təvəllüdlü idmançılar) yeniyetmələr arasında Zona birinciliyində yüksək göstəriciyə sahib olublar.  

İdmançılar gərgin mübarizə şəraitində keçən yarışda 2 qızıl, 3 bürünc medal qazanıblar. Belə ki, Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq-Gənclər İdman Məktəbinin Yunan-Roma güləşi idman növü üzrə məşqçi-müəllimi Qismət Əkbərovun yetirmələri olan Elmin Abuşov (38 kq) və  Əmrah Əmrahov (44 kq) I yerə çıxıblar. Əlinihad  Bağıyev (44 kq)  Nicat Tahirov (48 kq), Ülvi Dadaşov (57 kq)  yarışın üçüncüsü olublar.

Məlum olsun ki, rayonun 5 idmançısı Azərbaycan Çempionatına lisenziyanı təmin etmişdir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü