Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə bildirir ki, 2022-ci il Formula 1 Azərbaycan Qran Prisinə bilet alan şəxslər artıq əldə olunan vauçerləri elektron biletlərə dəyişə bilərlər. Vauçerlərin dəyişdirilməsi prosesi 12 iyun tarixinədək davam edəcək.
Vauçerləri əldə etmiş bilet sahibləri www.bakucitycircuit.com veb səhifəsindən şəxsi hesablarına daxil olaraq elektron bileti yükləyə bilərlər. Yalnız vauçer üzərində adı qeyd edilən şəxslər həmin vauçeri elektron bilet ilə dəyişə bilər. Elektron biletləri yarış və əyləncə zonasının girişindəki bilet satış məntəqələrindən, eləcə də şəhərin kassalarından əldə etmək mümkündür.
Satış məntəqəsinə yaxınlaşan şəxslərdən vauçeri və şəxsiyyət vəsiqələrini təqdim etmələri xahiş olunur. Aşağıdakı cədvəldə bilet satışı məntəqələrinin ünvanları təqdim olunur:
28 Mall Azadlıq pr. 15A/4, Bakı, Azərbaycan
10:00 - 22:00
Gənclik Mall
F. Xoyski 38, Gənclik m.s/ Bakı, Azərbaycan
10:00 - 22:00
Heydər Əliyev Sarayı
Bül-Bül pr.35., Bakı, Azərbaycan
11:00 - 19:00
M.Ə. Rəsulzadə (Azərbaycan kinoteatrı)
11:00 – 20:00
Kiosk 1 (Azərbaycan kinoteatrı)
Kiosk 2 (Nizami küçəsi) Bül-Bül pr., Nizami küçəsi, Bakı, Azərbaycan
10:00 – 19:00
ASAN 2
AMAY Ticarət Mərkəzi, 2-ci mərtəbə, 8 Noyabr Prospekti 23., Bakı
09:00 – 18:00 (BAZAR ERTƏSİ – CÜMƏ)
10:00 – 17:00 (ŞƏNBƏ – BAZAR)
ASAN 3 ASAN, Abbas Mirzə Şərifzadə küç.157, Yasamal, Bakı, Azərbaycan
09:00 – 18:00 (BAZAR ERTƏSİ – CÜMƏ)
10:00 – 17:00 (ŞƏNBƏ – BAZAR)
ASAN 4 Sülh 197, Bakıxanov, Sabunçu, Bakı, Azərbaycan
11:00 – 20:00
09:00 – 18:00 (BAZAR ERTƏSİ – CÜMƏ)
10:00 – 17:00 (ŞƏNBƏ – BAZAR)
ASAN Sumqayıt 15-ci məhəllə, 42d, Bakı küçəsi, Sumqayıt
09:00 – 18:00 (BAZAR ERTƏSİ – CÜMƏ)
10:00 – 17:00 (ŞƏNBƏ – BAZAR)
Qeyd edək ki, yarış və əyləncə zonasına vauçerlə giriş qeyri-mümkündür.
Bakı Şəhər Halqası builki yarışa bilet almış hər bir şəxsə mübadilə prosesini gecikdirməməyi tövsiyə edir.
Xatırladaq ki, hazırda bilet satışı şəhərin kassalarında və eləcə də onlayn formada davam edir. Biletlər və tribunalar ilə bağlı ətraflı məlumat üçün www.bakucitycircuit.com veb səhifəsini ziyarət edə bilərsiniz.
Həmçinin, məlum olduğu kimi, elektron biletin üzərində barkod mövcuddur. Tədbirə bir bilet ilə yalnız bir tamaşaçı daxil ola bilər. Eyni biletin birdən çox nüsxəsi təqdim olunduqda yalnız ilk skan olunmuş bilet etibarlı hesab ediləcək. Bu baxımdan azarkeşlərin bilet üzərindəki məlumatları məxfi saxlaması vacibdir.