24 may 2022 13:50
840

Çempionlar Liqasında finalın topu təqdim edilib

Çempionlar Liqasında (ÇL) finalın topu təqdim olunub.

“İki sahil” xəbər verir ki, tədbir həlledici qarşılaşmanın keçiriləcəyi Parisdə baş tutub.

“Adidas” tərəfindən hazırlanan topun üzərində rus və ingilis dillərində “sülh” sözü yazılıb.

Qeyd edək ki, mayın 28-də keçiriləcək finalda “Real”la “Liverpul” üz-üzə gələcək.