21 may 2022 15:03
898

Azərbaycanda investorlar üçün əlverişli biznes mühiti mövcuddur

Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması istiqamətində mühüm layihələr icra olunub. Bu layihələr xarici investorlar üçün cəlbediciliyi daha da artırmaq, sahibkarlıq sahəsində nail olunmuş sürətli inkişafın davamlığını təmin etmək və rəqabət qabiliyyətini möhkəmləndirmək, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq istiqamətində mühüm amilə çevrilmişdir.

Dövlət müəssisələrinin maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq, maliyyə resurslarının, habelə xarici borcların cəlb olunmasını səmərəli meyarlar əsasında idarə etmək məqsədi ilə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqi yaradılmışdır.

Bu, dövlət müəssisələrinin profisi¬tinin artırılmasına, onların büdcədən asılılıqlarının azaldılmasına, azad ba¬zar münasibətlərinin hərtərəfli inkişa¬fına, özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafın sürətləndirilməsinə hesablanan mühüm bir qərardır.

Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir. Aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilmiş, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur.

Bu tədbirlərin davamı olaraq, növbəti dövrlərdə də iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyata çevrilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirmək əsas strateji hədəflərdən biri kimi müəyyən edilmişdir.

Göstərilən hədəfə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsinin, o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, rəqabətqabiliyyətliliyin və ixrac imkanlarının genişləndirilməsi, ən yüksək beynəlxalq standartlara uyğun olaraq elektron dövlət xidmətləri göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilmişdir.

Ölkədə sahibkarlığın inkişafı onun rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimləməsinin təkmilləşdirilməsini, biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılmasını, ən qabaqcıl beynəlxalq təcrübəyə uyğun daha da cəlbedici biznes və investisiya mühitinin formalaşdırılmasını, mütərəqqi tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunmasını zəruri edir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi aldında işğaldan azad edilən rayonların bərpası və iqtisadi inkişafı, əhalinin məşğulluğunun təmin olunması Azərbaycan dövlətinin prioritet iqtisadi hədəflərinin önündə gəlir.

İşğaldan azad edilmiş ərazilər zəngin və təbii resurs potensialına malikdir ki, bu da investorlar üçün yeni və müxtəlif layihələrin həyata keçirməsi üçün biznes mühiti yaradır. Belə ki, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, habelə Zəngəzur dəhlizinin yaradılması istiqamətində aparılan aktiv işlər biznes üçün yeni imkanlar yaradacaqdır. Çünki rayonumuzun ərazisində reallaşdırılan beynəlxalq və regional əhəmiyyətli layihələr bölgənin gələcək inkişafına əsas yaradır. Əminik ki, postmüharibə dövrünün yaratdığı yeni əməkdaşlıq imkanları və təhlükəsiz, şəffaf investitsiya mühiti ölkəmizin gələcək inkişafında əsas amilə çevriləcəkdir.

Orxan Ağakişiyev,
Füzuli RİHB-nın Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi