17 may 2022 13:09
1215

Türkiyə-Azərbaycan qardaşlığı və müttəfiqliyi regiona sülh və inkişaf gətirən mühüm faktordur

Azərbaycanla Türkiyə dost, qardaş və rəsmi müttəfiq olan dövlətlərdir. Bu vaxta qədər çox böyük sınaqlardan dostluq və qardaşlıq ənənəsi iki ölkəni dünya miqyasında bir-birinə ən yaxın müttəfiqə çevirib. Bu gün bu ölkələr arasında münasibətlərin yüksək səviyyədə olması dostlarımızı sevindirsə də düşmənlərimizi məyus olur. Hətta Prezident İlham Əliyevin dediyi kimi, bu gün həqiqətən də dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın olan ikinci nümunə yoxdur. 

Bəli, Türkiyə-Azərbaycan münasibətləri dünya ölkələri arasında bənzəri olmayan münasibətlərdir. Bu münasibətlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi strateji siyasət sayəsində hər iki qardaş xalqın maraqları konteksində durmadan inkişaf edir. Ötən həftə Qara dənizin üzərində inşa edilən nəhəng layihə- Rize-Artvin Hava Limanının açlış mərasimində də iki qardaş ölkənin rəhbərlərinin birgə iştirakı  ölkələrimiz arasında olan qardaşlıq və strateji müttəfiqlik münasibətlərimizin bir daha təsdiqi oldu. Eyni zamanda, bu, ön Asiyadan Cənubi Qafqaza və Orta Asiyaya qədər uzanan türkdilli xalqdların da nəqliyyat  kommunikasiya xətlərinin inkişafına dəstək verəcək. Eyni zamanda, yeni açılan Rizə-Artvin hava limanı təkcə Türkiyə ilə Azərbaycan arasındakı mənəvi bağları deyil, həm də real məsafəni bir qədər yaxınlaşdırmış oldu.  Yəni iki ölkə arasındakı hava nəqliyyatının səmərəliliyi daha yüksəldi. Rizə-Artvin hava limanı Türkiyənin Qafqaza açılan yeni səma qapısı oldu. Bu isə həm ticarətin asanlaşdırılması və yüklərin daha qısa müddətdə çatdırılması, həm də turizm mübadiləsi və mədəni əlaqələrin daha da dərinləşməsi baxımından yeni imkanlar və perespektivlər deməkdir.

Prezident İlham Əliyev hava limanının açılışında qardaş Türkiyənin bizə verdiyi dəstəyi belə ifadə etdi: «İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın «Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır» deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq.»

Dövlətimizin başçısının dediyi kimi bu gün bu iki qardaş ölkə yenə də birlikdədir və hədəfə doğru inamla irəliləyirlər: «Bu gün də biz bir yerdəyik, Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Bir çox Türkiyə şirkətləri, o cümlədən xarüqə adlandırılan bu gözəl hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur. Bizim minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir».

Bu bir önəmli faktdır ki, hazırda Türkiyə-Azərbaycan birgə işbirliyi regionda iqtisadi-siyasi və hərbi sahədə ciddi təsiredici  gücə malikdir. Açılan hər yeni hava limanı,  yaradılan hər yeni müəssisə regional inkişaf və inteqrasiyaya xidmət edir.  Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizdə inşa edilən Füzuli hava limanının açılışında qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğaının da iştirak etməsi iki qardaş ölkənin tarixi-təbii müttəfiqliyinin bütün sahələrdə inkişaf etdiliməsi əzminin göstəricisi idi. 2021-ci il iyun ayının 15 -də Şuşada imzalanan Şuşa Bəyannaməsi isə hərbi-strateji baxımdan Türkiyə-Azərbaycan münasibətlərinin dövlətçilik tarixində mühüm bir hadisə oldu. Bu Bəyannamə bir millət iki dövlət anlayışının real dövlətlərarası münasibətlərdə rəsmiləşdirilməsi kimi də qəbul edilə bilər. Eyni zamanda Şuşa bəyannaməsi hazırki mürəkkəb tarixi mərhələdə  hər şeydən öncə milli təhlükısizliyimiz baxımından strateji çağırış idi.

Yeni açılan Rizə-Artvin hava limanı təkcə Türkiyə ilə Azərbaycan arasındakı mənəvi bağları deyil, həm də real məsafəni bir qədər yaxınlaşdırmış oldu.  Yəni iki ölkə arasındakı hava nəqliyyatının səmərəliliyi daha da yüksəldi. Rizə-Artvin hava limanı Türkiyənin Qafqaza açılan yeni səma qapısı oldu. Bu isə həm ticarətin asanlaşdırılması və yüklərin daha qısa müddətdə çatdırılması, həm də turizm mübadiləsi və mədəni əlaqələrin daha da dərinləşməsi baxımından yeni imkanlar və perespektivlər deməkdir. Bir sözlə, Türkiyə-Azərbaycan qardaşlığı və müttəfiqliyi regiona sülh və inkişaf gətirən mühüm faktordur.

Almaz Həşimova,

YAP Füzuli rayon təşkilatının sədri