10 may 2022 17:17
840

Müstəqil Azərbaycan dövlətinin memarı

​Müasir Azərbaycan dövlətinin yaranması və inkişafı Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.

​Ulu öndərin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" kəlamı bu gün də xalqımız tərəfindən qürurla xatırlanır.

​Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur.

​Hələ ölkəmizə birinci rəhbərliyi dövrü 1969- 1982- ci illər Azərbaycan xalqının tarixinəHeydər Əliyev dövrü kimi yazılmışdır. Məhz həmin dövrdən etibarən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə start verildi. Azərbaycanın Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevrilməsi üçün bütün sahələrdə geniş islahatlar aparan Heydər Əliyev zəngin idarəçilik təcrübəsi sayəsində o dövrdə sovet Azərbaycanının tarixində böyük dönüş yaratmışdır. Ulu öndərin gərgin fəaliyyəti və qətiyyəti sayəsində Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks inkişaf proqramları hazırlandı və həyata keçirildi. Bu dövr respubilkamızın tərəqqi dövrü kimi yadda qaldı, həm sosial-iqtisadi tərəqqinin, həm də milli həmrəyliyin təmin olunmasına xidmət edən məqsədyönlü işlər görüldü. Azərbaycan SSRİ miqyasında sürətli inkişaf edən respublikaya çevrildi.

​Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə ölkəmizə siyasi hakimiyyətə qayıtması (1993-1998-ci illər) xalqımızın çoxəsirlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Ən əsası, uğurlu dövlət quruculuğu prosesinin əsası qoyuldu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə nail oldu. İlk növbədə 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 8 ölkəsindən 11 neft şirkəti ilə imzalanan “ Əsrin müqaviləsi” adlı beynəlxalq saziş Heydər Əliyev şəxsiyyətinin uzaqgörənliyi və qətiyyəti sayəsində ölkəmizin gücünün və nüfzunun artan faktor kimi sübutu idi.

​Ulu Öndər Heydər Əliyevin ölkəmizə siyasi rəhbərli dövründə mühüm prioritet məsələlərdən biri və ən önəmlisi də Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq idi. 1994-cü ilin May ayında imzalanmış atəşkəs nəticəsində Ermənisdanın ölkəmizə qarşı yönəldilmiş aktik hərbi təcavüzlərinin qaşısı alındı. Bir neçə strateji cəhətdən önəmli olan qəsəbə və kəndlərimiz düşmən tapdağında azad oludu.

​Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş şəxsiyyətin Vətən və xalq qarşısında xidmətləri misilsizdir. Nə qədər Azərbaycan dövləti var , Nə qədər Azərbaycan xalqı var Ulu Öndər Heydər Əliyevində qəlblərdə yaşayacaq.

​Qeyd edim ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun laiqli davamçısı olan Cənab Prezdentimiz İlham Əliyev xalqımızı bir yumruq kimi birləşdirərək Zəfər sevincini bizlərə yaşatdı. Onun qarşısında bütün yollar, bütün üfüqlər açıq, aydındır. Yalnız irəliyə inkişafa doğru gedir. Xalqını daha da xoşbəxt gələcəyə doğru inamla aparır. Hər birimiz bu yolun yolçusu olmaqdan fəxr və qürur duyuruq.

Şəhanə Kərimova,
Füzuli rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi