Görkəmli dövlət xadimi,Ümummilli Lider,Ulu Öndər Heydər Əliyev təhsilə həmişə prioritet sahə kimi baxırdı və təhsil sistemində daim yeniliklər aparılmasını öz uğurlu siyasətində ön plana çəkirdi. Ulu Öndər 1993-2003-cü illərdə, rəhbərliyinin ikinci dövründə təhsil sahəsinə xüsusi diqqət göstərmiş, “Təhsil Millətin gələcəyidir” devizi ilə Azərbaycan Təhsil sisteminin təkmilləşdirilməsində və inkişafında öz imzasını atmışdır. Məhz həmin dövrdən başlayaraq təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılmışdır. Xeyli sayda məktəb binalarının tikilərək istifadəyə verilməsi, yeni dərsliklərin hazırlanıb şagirdlərə pulsuz verilməsi, təhsil sahəsinin müxtəlif pillələrinin inkişafı üçün uğurlu layihələrin hazırlanması buna misal olaraq qeyd oluna bilər.
Ümummilli Liderin hakimiyyətə gəlişindən sonra ölkə həyatının bütün sahələrində olduğu kimi, təhsildə də köklü islahatlar aparılmağa başlandı. Digər mühüm məsələlər kimi aktual hesab olunan təhsil Ulu Öndərin qayğısı, diqqəti ilə əhatəli quruculuq yoluna qədəm qoydu. Çünki bütün fəaliyyəti dövründə elmin, təhsilin inkişafına xüsusi qayğı ilə yanaşan görkəmli dövlət xadimi Heydər Əliyev yaxşı bilirdi ki, tərəqqinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir. Cəmiyyətin inkişaf zəminini haqlı olaraq təhsildə və maarifçilikdə görən dahi rəhbər bu sahənin inkişafına diqqət və qayğısını əsirgəmirdi. O dövrdə Azərbaycan təhsilinin inkişafına mane olan bəzi amilləri aradan qaldıran Ümummilli Lider Heydər Əliyev mövcud imkanları ölkənin elm-təhsilinin inkişafına, mədəni-intellektual resurslarının gücləndirilməsi işinə səfərbər etdi.
Ulu öndər Heydər Əliyev Azərbaycan təhsilinə misilsiz tövhələr vermiş, eyni zamanda müəllimlik peşəsini və müəllim əməyini yüksək qiymətləndirmişdir. Müdrik rəhbər Heydər Əliyev deyirdi: “Bizim müstəqil Respublikamızda, Azərbaycan cəmiyyətində müəllimlik bu gün də, gələcəkdə də ən yüksək qiymətə layiq olan peşədir. Ulu Öndərin təhsilimizə olan diqqət və qayğısı, təhsil sahəsinin inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlarında xüsusilə öz əksini tapır. Eyni zamanda istedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün ən yüksək bal toplamış,tələbə adını qazanmış gənclərə “Prezident təqaüdü” verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.
Bu gün Azərbaycanda təhsil sahəsi çox sürətlə inkişaf edir,dünya təhsil sisteminə inteqrasiya edən təhsilimiz Azərbaycan Respublikasını öndə gedən ölkələrdən biri edib. Bütün bu nailiyyətlər Ümummilli Lider, qüdrətli şəxsiyyət Heydər Əliyevin uğurlu siyasətinin bəhrəsidir.
Biz təhsil ictimaiyyəti də öz növbəmizdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütünlüklə dəstəkləyir, bu yolun layiqli davamçısı, xalqımıza Zəfər bəxş etmiş Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında hər zaman bir yumruq kimi birləşməyə hazır olduğumuzu bildiririk. Çünki, biz birlikdə güclüyük!
Ruhiýyə İmanova,
Füzuli rayon 3 nömrəli məktəbin direktoru
Bişkek diplomatiyası və Azərbaycanın çoxqütblü dünyada artan geosiyasi çəkisi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb