XX əsrdə bəşər tarixinə günəş kimi doğulan Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi, görkəmli dövlət və ictimai xadim Heydər Əliyev bütün mənalı ömrünü xalqına, Azərbaycanın müstəqilliyinin, dövlətçilik tarixinin möhkəmlənməsinə həsr etmişdir. O, müdirikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaradaraq Ümummilli Lider zirvəsinə yüksəlmişdir. Onun yaratdığı dövlət idarəçiliyi məktəbi –müstəqilliyimizi qorumaq, Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməməkdir.
Heydər Əliyev demişdir: Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim həyatımdır, Azərbaycan mənim nəfəsimdir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam.
Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş böyük oğlu Heydər Əliyevlə hər zaman fəxr edib , onunla qürur duyub və ona sonsuz məhəbbət bəsləyib. Heydər Əliyev fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən olmuşdur.
Heydər Əliyev hansı vəzifədə işləməyindən asılı olmayaraq , onun ürəyi daimi Azərnaycanla döyünmüşdür. O, Azərbaycana birinci rəhbərliyi zamanı (1969–1982-ci illərdə) strateji təfəkkürü və uzaqgörənliyi sayəsində Azərbaycan əsrə bərabər inkişaf yolu qət edərək keçmiş Sovet İttifaqının qabaqcıl respublikaları sırasına çıxdı. Bu illər tariximizə siyasi, iqtisadi, sosial, mədəni yüksəliş dövrü kimi daxil olaraq, xalqımızın milli mənlik şüurunun oyanışına, dövlətçilik təfəkkürünün formalaşmasına güclü təkan verdi. Ümummilli Lider Heydər Əliyevin təkidi ilə 1978-ci ildə Azərbaycan SSRİ-nin qəbul edilən konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu əks olundu. 1971-ci ildə ölkəmizdə ilk dəfə olaraq hərbi kadrları hazırlayan Cəmşid Naxçıvanski adına lisey fəaliyyətə başladı. Ölkdə 250-dən çox zavod-fabrik, istehsal-sexləri tikilmiş, iki milyondan çox adamın mənzil şəraiti yaxşılaşmışdı. Məhz həmin dövrdə imperiya tərkibində olmağımıza baxmayaraq Azərbaycanın gələcək siyasi və dövlət müstəqilliyi üçün əsaslı zəmin və möhkəm bünövrə yaradıldı. Heydər Əliyev qətiyəti, zəkası ilə dünyada tanındı, onun nüfuzu, şöhrəti artdıqca ölkəmiz də dünyada tanındı. Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət idi. Onun xidmətləri sayəsində xalqımız siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaratmışdır. Bugünkü qüdrətli Azərbaycan Heydər Əliyevin xalq və Vətən naminə fədakarlığının parlaq nümunəsidir.
Dövlətçiliyimizin müqəddəratının həll edildiyi, azadlığımızın və müstəqilliyimizin təhlükəyə məruz qaldığı 1993-cü ilin iyun günlərində xalqın təkidi ilə Heydər Əliyevin siyasi və dövlət rəhbərliyinə qayıdışı ölkəmizi məhv olmaq fəlakətindən qoruyub saxladı.Prezident Heydər Əliyevin aprdığı çoxşaxəli uğurlu xarici və daxili siyasət nəticəsində ölkəmiz dünya birliyində layiqli yer tutdu, beynəlxalq təşkilatlara üzv oldu, ordu quruculuğunun inkişaf etdirilməsi və döyüş qabiliyyətinin artırılması sahəsində 1994-cü ilin may ayında cəbhə xəttində atəşkəs elan olundu. Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft kontraktının imzalanması nəticəsində dünyanın tanınmış neft şirkətləri ilə onlarca saziş bağlandı və Azərbaycan iqtisadiyyatına milyardlarla dollar məbləğində xarici investisiya cəlb edildi. Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri çəkilmişdir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin siyasi tarixində tamamilə yeni səhifə açaraq hüquqi, demokratik, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğunun, bazar iqtisadiyyatının bərqərar edilməsinin möhkəm təməlini yaratdı. Bəşər tarixində mövcud olan ən demokratik, mütərəqqi müddəaları özündə əks etdirən Konstitusiyamız cəmiyyətin yeni inkişaf modelinin müəyyənləşdirilməsi üçün hüquqi əsas yaratdı. 1998-ci ildə ümummilli liderimizin təşəbbüsü ilə Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası ləğv edildi və bu barədə Milli Məclisdə müvafiq qanun qəbul olundu. Ölkədə aparılan islahatlar sayəsində Azərbaycan insan və vətəndaş hüquqları və azadlıqları ilə bağlı bir sıra konvensiyalara qoşuldu. Ölkəmiz mötəbər beynəlxalq təşkilatların tam hüquqlu üzvü oldu, beynəlxalq münasibətlər sistemində layiq olduğu yerini tutdu.
Bütün bu aktlar Azərbaycanın demokratik yolla ardıcıl inkişafı, hüquqi dövlət quruculuğu üçün bütün təminatları yaratdı. Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətləri, irsi barədə danışmaqla, yazmaqla bitməz. Onun Azərbaycan xalqı qarşısında xidmətləri unudulmazdır, əvəzolunmazdır .
Bu dahi şəxsiyyətin xalqı qarşısında daha bir müstəsna xidməti İlham Əliyev kimi oğul yetişdirməsi, özündən sonra layiqli varis qoymasıdır. Yeni əsrin lideri olan Prezident İlham Əliyev Azərbaycan Zəfər tarixinin şanlı səhifəsini yazmışdır. Bu gün Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan əmin əllərdədir. Xalq dövlətin sükanının etibarlı əllərdə olduğuna əmindir, öz Prezidentinə inanır və onun arxasınca inamla gedir.
İlahə Cəfərova,
Heydər Əliyev Mərkəzinin əməkdaşı
Bişkek diplomatiyası və Azərbaycanın çoxqütblü dünyada artan geosiyasi çəkisi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb