Bu bir reallıqdır ki, dünyanın siyasi xəritəsində kiçicik yer tutan bizim Azərbaycan Respublikamız yalnız iqlim şəraiti, təbii sərvətləri, maddi nemətlərilə deyil, eləcə də dünya ədəbiyyatı, mədəniyyəti, incəsənəti, dünya qəhrəmanlıq tarixinə, nəhayət dünya siyasət arenasına bəxş etdiyi nadir simalarına görə planetin ən böyük, qüdrətli sayılan ölkələrilə nəinki yarışa, hətta rəqabətə girib oradan qalıb çıxmağa qadir bir diyardır. Təbii ki, yuxarıda sadaladığım gerçəkliklərin tarixən kökləri nə qədər uzaqlara gedirsə də, onun siyasət aləmində tanınması, təşəkkül tapması yaxın dövrlərdən, daha doğrusu Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayır.
Tarixdə tarixi şəxsiyyətlər çox olub ,bu gündə var .Lakin fizialoji və psixaloji mahiyyətləri üst - üstə düşən utopiyadan uzaq qəlbində vətən sevgisi hər şeydən yüksək olan şəxsiyyətlər çox azdır.Məhz Ulu öndər belə bir tarixi şəxsiyyət olub.
Azərbaycan regionda kiçik dövlət, zəngin karbohidrogen ehtiyatı olan bir ölkə ,coğrafi baxımdan əlverişli bir ərazidə yerləşir,zorla müharibəyə cəlb olunub,təsadüfi,səriştəsiz insanlar Azərbaycana rəhbərlik edə bilmirlər.Bütün bunlar Azərbaycanı sanki siyasi xəritədən silmək təhlükəsinə gətirib çıxarırdı. Məhs belə bir çətin çətin zamanda ölkənin tanınmış ziyalılarından ibarət, tarixə məhşur “91-lər” kimi düşmüş insanlar Naxçıvana – Heydər Əliyevə “xalq Sizi gözləyir” şüarı ilə tarixi müraciəti Yeni Azərbaycan Partiyasının yaradılmasına bir təkan verdi. Tarixin zərurətindən yaranmış YAP bu gün regionun ən nüfuzlu bir siyasi partiyası olaraq digər ölkələrin tanınmış siyasi təşilatları ilə əməkdaşlıq edir .
Ulu öndərin Müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 ildə ölkənin həm xarici, həm də daxili funksiyalarını öz üzərinə götürdü və qısa zamanda böyük inkşaf yolu keçdi. Xarici siyasətdə aparılan görüşlər, siyasi əməkdaşlıq istiqamətində əldə olunan nailiyyətlərlə yanaşı ,bir iqtisadi formasiyadan digərinə keçid alan Azərbaycan məkanında böyük iqtisadi uğurlara imza atdı.Əsrin neft kontraktı imzalandı,dünyaca məşhur şirkətlər investor kimi Azərbaycana sərmayə yatırdı, torpaq islahatı aparıldı və s. Elə bir sahə olmadı ki, həmin sahənin inkşafı istiqamətində hər hansı bir dövlət proqramı təsdiq olunmasın. Sevindirici haldır ki,siyasətin əsas qayəsini əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması təşkil edən dövlətimizdə bu inkşaf bu gündə ölkə rəhbəri, partiyamızın Sədri İlham Əliyev tərəfindən uğurla aparılır. Əsas müəllifi olduğu şanlı qələbədən sonar işğaldan azad olunmuş rayonların yenidən qurulması işlərinə birbaşa özünün nəzarət etməsi, bu ilin “Şuşa ili “elan etməsi, dünya Azərbaycanlılarının V qurultayı kimi mötəbər tədbirlərin Şuşada keçirilməsi bizi çox sevindirir. Bir neçə gün öncə ADA-da dünyanın ən nüfuzlu media əhli və alimlərdən ibarət toplantısında cənab prezident xüsusi qeyd etdi ki, hələ 10 ildən sonra Qarabağda inkşaf tam başqa olacaq.
Bəli, deyərdim ki, bax onda dünyanın beyin mərkəzləri daha Davosa yox, Soçiyə yox, Brüselə yox məhz Şuşaya gələcəklər.
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Bişkek diplomatiyası və Azərbaycanın çoxqütblü dünyada artan geosiyasi çəkisi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb