Bir sıra tanınmış futbolçuların agenti olan Mino Rayolanın ölüm xəbəri təsdiqini tapıb.
“İki sahil” xəbər verir ki, bu barədə onun ailə üzvləri sosial şəbəkələrdə paylaşım ediblər.
Rayolanın 54 yaşında müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilib.
O, yanvarda İtaliyanın Milan şəhərində ağır əməliyyat keçirib. Həmin vaxt italiyalı agentin səhhətinin həyatı üçün təhlükəli olmadığı və bərpa prosesini evində keçirəcəyi açıqlanıb.
Qeyd edək ki, Mino Rayola İngiltərən "Mançester Yunayted"ində çıxış edən Pol Poqba və Almaniyanın "Borussiya" (Dortmund) klubunun hücumçusu Erlinq Holannın agenti idi.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir