"Milan"ın futbolçusu Zlatan İbrahimoviç San Raffaele xəstəxanasında müalicə alan meneceri Mino Rayolaya baş çəkib.
“İki sahil” xəbər verir ki, bu barədə "Football İtalia" məlumat yayıb. 40 yaşlı hücumçu mətbuatda Rayolanın ölüm xəbərinin yayılmasından sonra narahat olduğu üçün 54 yaşlı niderlandlını ziyarət edib.
Qeyd edək ki, ötən gün dəqiqə əvvəl uzun müddətdir ağciyər xəstəliyindən əziyyət çəkən və hətta cərrahiyyə əməliyyatı keçirən Rayolanın ölüm xəbəri yayılıb. Daha sonra menecerin köməkçisi Minonun vəziyyətinin pisləşdiyini, lakin hələ də sağ olduğunu bildirib. Rayola isə Tvitter hesabından bu məlumatlara görə qəzəbləndiyini bildirib.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir