“Qalatasaray”da prezident seçkiləri növbəti dəfə ləğv olunub.
“İki sahil” xəbər verir ki, Apelyasiya Məhkəməsi bu barədə qərar qəbul edib.
Aprelin 19-da Asliye Məhkəməsi ayın 30-dakı seçkiləri ləğv etmiş, üç gün sonra isə klubun etirazı qəbul olunaraq, seçkilərin təyin olunan vaxtda keçirilməsini qərar alınmışdı. Lakin İdarə Heyətinin üzvü Fırat Develioğlu məsələ ilə bağlı Apelyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə isə seçkilərin ləğv edildiyini açıqlayıb.
Bu isə o deməkdir ki, “Qalatasaray” sabah yeni prezidentini seçə bilməyəcək. Bundan sonra yeni rəhbərin seçilməsi üçün hazırkı prezident istefa verməlidir.
Qeyd edək ki, “cim-bom”un hazırkı prezidenti Burak Elmasdır.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir