“Qalatasaray” müdafiəçisi Viktor Nelssonla yollarını ayıra bilər.
“İki sahil” xəbər verir ki, danimarkalı futbolçu Avropanın iki klubunun maraq dairəsindədir.
23 yaşlı mərkəz müdafiəçisi uğrunda mübarizədə favorit “Sevilya” sayılır. İspaniya təmsilçisi Jül Kundeni yayda satarsa, boşluğu Nelssonla doldurmağa çalışacaq. Həmçinin İtaliya A seriyasında çempionluğa iddia edən “Milan” da onu heyətinə qatmağın yollarını axtarır. İstanbul təmsilçisi oyunçunun keçidindən yüksək məbləğdə pul qazanmaq niyyətindədir.
Qeyd edək ki, mövsümün əvvəlində 7 milyon avroya “Kopenhagen”dən transfer edilən Viktor Nelsson “Qalatasaray”ın heyətində 40 matça çıxıb.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir