"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo İngiltərə çempionatının 37-ci turunda "Çelsi" ilə oyundan sonra paylaşım edib.
“İki sahil” xəbər verir ki, o, "Tvitter" hesabı vasitəsi ilə klubun azarkeşlərinə təşəkkür edib: "Bu gün "Old Trafford"da göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm. Həmişə olduğu kimi azarkeşlərimiz komandaya kömək etmək üçün öz fədakarlıqları ilə heyrətamizdirlər”.
Qeyd edək ki, sözügedən görüş 1:1 hesabı ilə başa çatıb. Portuqaliyalı hücumçu komandasının yeganə qolunun müəllifi olub.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir