28 aprel 2022 18:33
992

Beynəlxalq Şahmat Federasiyasının rəhbər heyətinin toplantısı keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində Beynəlxalq Şahmat Federasiyasının rəhbər heyətinin toplantısı keçirilir.

“İki sahil” xəbər verir ki,  görüşdə ali şahmat qurumunun məsul şəxsləri o cümlədən qitələr üzrə federasiya rəhbərləri iştirak edir. 

Toplantıda şahmat üzrə İddiaçılar Turnirinin püşkatma mərasimi keçirilib. Mötəbər mərasimdə ölkəmizi Azərbaycan Şahmat Federasiyasının prezidenti,

FİDE-nin vitse-prezidenti Mahir Məmmədov təmsil edib.  Püşkə əsasən Teymur Rəcəbova 4 rəqəmi qismət olub. Şahmatçımız ilk turda ağ fiqurlarla Fransa təmsilçisi Alireza Firuzcaya qarşı oynayacaq. Xatırladaq ki, İddiaçılar Turniri iyunun 16-dan iyulun 7-dək İspaniyanın paytaxtı Madriddə təşkil olunacaq. Yarışda səkkiz güclü şahmatçı sırasında təmsilçimiz Teymur Rəcəbov da mübarizə aparacaq. İddiaçılar Turnirinin qalibi şahmat tacı uğrunda görüşdə dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.