28 aprel 2022 17:11
793

Üç yaş qrupunda ən güclü taekvondoçular müəyyənləşəcək

Mayın 9-10-da taekvondo üzrə ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş Bakı açıq birinciliyi keçiriləcək.

“İki sahil” xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyası və Bakı şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq yarışda uşaqlar, yeniyetmələr və gənclər mübarizə aparacaqlar.

Reqlamentə əsasən hər 3 yaş qrupunda 20 (10 oğlan, 10 qız) çəki dərəcəsində qaliblər bəlli olacaq. Yarışda 350-dək idmançının iştirakı gözlənilir.

Qeyd edək ki, birincilik Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil olunacaq.