28 aprel 2022 17:02
729

Mina Rayola dünyasını dəyişdi

Məşhur futbol meneceri Mino Rayola dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki, italiyan əsilli 54 yaşlı niderlandlı menecer xəstəlikdən vəfat edib.

Yanvar ayında Rayolanın Milanda təcili xəstəxanaya yerləşdirilməsi xəbəri yayılsa da, sonradan yaxınları bu şayiələri təkzib etmişdilər. Onlar “Mina narkozdan istifadə edərək adi tibbi müayinədən keçirdi. Bu rutin yoxlamadır, heç bir təcili müdaxilə olmayıb" - deyə bildirmişdilər. 

Qeyd edək ki, Rayola Erlinq Haaland (Borussiya, Dortmund) və Pol Poqbanın ("Mançester Yunayted") meneceri idi. Həmçinin o, Canluici Donnarumma, Matteyis de Liqt ("Yuventus"), Zlatan İbrahimoviç ("Milan") kimi futbolçularla da işləyib.