Dünya Azərbaycanlılarının V Qurultayı Azərbaycan tarixinin qızıl hərflərlə yazılacaq səhifələrdəndir. Nəinki, Qurultayın hər bir Azərbaycanlı üçün müqəddəs şəhər hesab edilən Şuşada keçirilməsi, tarixə ekskurs etsək ümumiyyətlə Dünaya Azəraycanlılarının Qurultayının keçirilməsi yaxın keçmişdə azərbaycanlıların arzusu olub. Bu arzunu gerçəyə çevirməksə, Azərbayacn xalqının ümummilli lideri, Ulu öndər Heydər Əliyev oldu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə baş tutan Dünya Azərbaycanlılarının I Qurultayı 9-10 noyabr 2001-ci ildə Bakı şəhərində keçirilmişdir. 36 ölkədən 200-dən çox təşkilatın təmsilçisinin iştirak etdiyi I Qurultayda 403 nümayəndə vardı. Həmişə digər postsovet ölkələri məkanına daxil olan dövlətlərdə xalqların bu kimi tədbirlərinə həsəd aparan Azərbaycanlılar üçün Qurultayın keçirilməsi tarixi nailiyyət idi. Xüsusilə mənfur qonşularımızın dünyanın dörd bir tərəfinə “səpələnmiş” nümayəndələri hər il toplaşaraq gücləri çatan qədər Ermənistana yardım etməyi sanki özlərinə borc bilirdilər. Bizdə isə, bu ənənənə formalaşmamışdı. Məsələnin təssüf doğuran tərəfi həm də o idi ki, ermənilər hələ XIX əsrdə bu kimi tərdbilər təşkil edirdilər. Hələ 1843-cü ildə Bakıda yaşayan 15-20 erməni ailəsi fond yaradaraq ehtiyacı olan ermənilərə yardımlar edirdilər. Azərbaycanda isə görkəmli maarifçi alim Həsən bəy Zərdabinin təşəbbüsü ilə XIX əsrin ikinci yarısında “Müsəlman Xeyriyyə Cəmiyəti” yaratmışdı ki, bu cəmiyyət də qısa müddətdə fəaliyyət göstərə bildi. Sonrakı tarixi proseslərsə, məlumdur. Xüsusilə XX əsrin əvvəllərində Avrasiya məkanında xalqların öz dövlətlərini təsis etmə prosesi həm də həmin xalqların diaspora təşkilatlarının yaradılmasına təkan verdi. Bu proseslərdə təəsüf ki, geri qaldıq. Az-çox Avropada yaradılması mümkün olan Azərbaycan diasporası mənəm-mənəmlik səbəbindən mütəşşəkil fəaliyyət göstərə bilmədi. Eyni zamanda dövlət olaraq Azrbaycanın SSRİ-nin tərkibində olması azərbaycanlıların əl-qolunu bağlayırdı. Odur ki, məhz Heydər Əliyevin rəhbərliyi ilə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi, dünyanın hər yerindən həmin Qurultayda həmyerlilərimizin iştirakı tarixi nailliyyət idi.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, cənab İlham Əliyevin təşəbbüsü və müvafiq sərəncamları ilə 2006-cı ildə II, 2011-ci ildə III, 2016-cı ildə Dünya Azərbaycanlılarının IV Qurultayın keçirilməsi, həmin Qurultaylarda cənab İlham Əliyevin möhtəşəm tarixi çıxışları, xaricdə yaşayan hər bir Azərbaycanlı üçün Yol xəritəsi olacaq tövsiyyə və tapşırıqları müasir Diaspora fəaliyyətinin əlaqələndirilməsi, bu sahədəki fəaliyyətin vahid mərkəzdən idarə olunması baxımından çox mühüm əhəmiyyət daşıyırdı. 2002-ci ilin iyul ayında Ulu öndərin fərmanı ilə “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin” təsisi olunması da məhz bu fəaliyyətin dövlət tərfindən kordinasiya olunması məqəsdi daşıyırdıki, bu da dünyanın hər yerində yaşayan azərbaycanlıların pərakəndə fəaliyyətin qarşısını almaq, onların qarşılıqlı fəliyyətinə nail olmaqdan ötrü atılan tarixi addın idi.
Və nəhayət Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 30 illik işğala son qoyulması, tarixi vətənimiz Azərbaycanın bir parçası olan Qarabağ ərazisinin düşməndən azad edilməsi, 100 illərdir itirə-itirə gəldiyimiz vətən torpağının əsarətdən qurtulması, bir milyondan çox məcburi köçkünün həsrətinə son qoyulması, həm də Azərbaycan xalqının özünü bütün dünyaya sübut etməsi, Azərbaycan dövlətinin və dövlətçiliyini möhtəşməliyinin, İqtidar-Xalq birliyinin göstəricisi idi. Bunun ardınca qısa müddətdə işğaldan azad edilmiş ərazilərdə start verilən yenidənqurma və bərpa işləri, bu istiqamətdə atılan addımlar, yenilənən iqtisadiyyat, yeni siyasi yanaşmalar, dünyanın müasir çağırışlarına adekvat olan mədəni-siyasi münasibətlərin bərqərar olması yeni dövr Azərbaycanını xarakterizə edən faktorlara çevrildi. Bütün bu tarixi nailiyyətlərin fonunda 22 aprel 2022-ci ildə 30 illik işğaldan sonra Müzəffər Ali Baş Komandanın və onun Müzəffər Xalqının düşməndən geri alınmış Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi bütün dünyanın heyran qaldığı tarixi qələbənin təntənəsinin davamıdır. Qurultayda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Biz təkcə işğalçını yox, faşistləri məhv etdik”, “Zəfər adı xalqımıza çox yaraşır”, “Azərbaycan XXI əsrin ən yeni müharibəsini apardı”, “Biz təkcə Ermənistanla müharibə aparmamışıq, biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə mühariba aparmışıq və bu müharibədə qələbə qazanmışıq”, “Biz hamımız- Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi vətəni ilə sıx bağlı olsunlar”, “Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir, və həmişə belə olacaq”, “Mən əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpaqlarımızdayıq, bu torpaqlarda möhkəm dayanmışıq və heç kim, heç vaxt bu toropalardan bizi tərpədə bilməz” cümlələri onilliklər boyu eşitmək istədiyimiz, amma eşitmədiyimiz cümlələr idi. Dünya Azərbaycanlılarının məhz Şuşada, Azərbaycanın mədəniyyət paytaxtında, möhtəşəm, yüksək hazırlıq şəratində, qonaqpərvərliklə, xalqımıza xas olan tolerantlıqla keçirilməsi hələ uzun zamanlar barəsində yazılacaq, tarixi tədqiqatlar üçün vəsilə olacaq hadisə oldu. Qurultayın həm də, panel toplantılarında dünyanın dörd bir yanından gələn həmvətənlərimizin və qonaq qismində dəvət olunanların ölkəmizlə bağlı fikir və mülahizələri, qarışıdakı zaman ərzində görmək istədikləri işlər, həyata keçirilməsini planlaşdırdıqları tədbirlrə barədə açıqlamaları bütövlükdə dövlət başçımızın, dövlətimizin və xalqımızın tarixi nailiyyətidir.
Həmişə olduğu kimi nailiyyətlərimizə sevinən dost ölkələr, xalqlar və dövlətlər olduğu kimi, bu nailiyyətləri gözü götürməyən, dövlətimizin, xalqımızın zəif düşməsində maraqlı olan, öz geopolitik maraqlarına görə Azərbaycanı hədəf seçən yaxın-uzaq “qonşu” və “dostlar”da var. Hansılar ki, artıq mövqelərinin zəiflədiyini başa düşür, Azərbaycanın artıq onların görmək istəyi Azərbaycan olmadığını qəbul edirlər. Təkcə xarici deyil, eyni zamanda ölkə daxili siyasi proseslərin iştirakçı olamağa cəhd edən, dövlət başçısının, eləcədə xalqımızın əldə etdiyi uğur və nailliyətlərə kölgə salmağa çalışan bəzi “müxalif qüvvələr”sə artıq bu proseslərin gedişinə nəinki hər hansı təsir göstərmək gücünüə malik deyillər, əksinə əldə olunmuş bu möhtəşəm tarixi uğurların fonunda öz qürub çağlaarını yaşamaqdadırlar. Müxalifət adı bir yana, heç marginal siyasi qrup olmağı bacarmayan, xalq arasında nüfuzu yerlə bir olmuş radikallar nəinki Dünya Azərbaycanlılarının Qurultayının əhəmiyyəti barədə bir söz demədilər, bu möhtəşəm hadisə ilə bağlı fikir bildirmədilər, heç “ağa qara yaxmaq” üçün çalışdıqları köhnə şakərlərini biruzə belə verə bilmədilər. Çünki, bu mövzuda onların işinə yarayan hər hansı tənqid olunası, xırda bir detal, nüans belə yoxdur. Müasir Azərbaycanın reallıqları, hadisə və proseslərin möhtəşəmliyi “müxalifət” adlı qruplara dərs olmalı, müasir, yenilənən Azərbaycanın inkişafı naminə atılan tarixi addımlara öz töhvələrini verə bilmirlərsə, maneədə olmamalıdırlar. Əks halda tarixin bir küncündə cürüyüb məhv olmaları davam edəcəkdir.
Dünya azərbaycanlılarının V Qurultayı tarixi hərbi-siyasi qələbənin həm də diplomatik müstəvidə davamının göstəricisi oldu. Təkcə azərbaycanlıların deyil Qurultayda qonaq qismində iştirak edən digər millətlərin nümayəndələrinin də dilindən “Qarabağ Azərbaycandır” ifadəsinin eşidilməsi beynəlxalq ictimayyətində bu prosesdə Azərbaycanın yanında olduqlarının sübutudur. Artıq bütün dünya, “kitabı bağlanmış” ATƏT-in Mins qrupu da anlamağa başlayıb ki, Qarabağda 30 il müddətində mövcud olmuş status-kvonu qorumağa çalışmaqla, başqa sözlə münaqişəni donmuş vəziyyətdə saxalamağa cəhd etməklə heç nəyə nail ola bilmədilər. Bir sıra dövlətlərin böyük şirkətlərinin, hansıki, onların sırasında məhz Minsk qrupunun üzvü olan dövlətlərin də şirkətləri var, Qarabağın quruculuğu işində iştiraka can atmaları və bunu məhz Şuşadan dilə gətirmələri V Qurultayın əhəmiyyətini bir daha atrırır. Ən əsası isə bütün dünya azərbaycanlılarının bu gün fəxrlə dediyi, Müzəffər Ali Baş Komandanın ifadə etdiyi “Qarabağ Azərbaycandır!” şüarı bütün dünyanın qəbul etdiyi reallıqdır.
Kamil Qurbanlı,
YAP Biləsuvar rayon təşkilatının sədri
Bişkek diplomatiyası və Azərbaycanın çoxqütblü dünyada artan geosiyasi çəkisi