28 aprel 2022 16:07
688

Azərbaycanda klub prezidenti cəzalandırılıb

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

“İki sahil” xəbər verir ki, toplantıda Region Liqasının 1/4 final mərhələsinin “Cəbrayıl” - “Energetik” (Mingəçevir) oyununda baş verən insident müzakirə olunub.

24.04.2022-ci il tarixində Region Liqasının “Cəbrayıl” – “Energetik” oyununda “Cəbrayıl” komandasının 4 nömrəli futbolçusu Nurlan Həsənov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

24.04.2022-ci il tarixində Region Liqasının “Cəbrayıl” – “Energetik” oyununda “Energetik” komandasının rəsmisi Ruslan Həmidov hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyun cəzalanır (maddə 41.4).

24.04.2022-ci il tarixində Region Liqasının “Cəbrayıl” – “Energetik” oyununda matçın 90+3-cü dəqiqəsində “Energetik” komandasının 95 nömrəli futbolçusu Elvin Əlizadə hakimlər briqadasını təhqir etdiyi və hakimə fiziki təsir göstərdiyi üçün 14 oyun cəzalanır (maddə 37.8, 41.3).

24.04.2022-ci il tarixində Region Liqasının “Cəbrayıl” – “Energetik” oyununda matçın 90+3-cü dəqiqəsində “Energetik” komandasının 77 nömrəli futbolçusu Allahverdi Allahverdiyev hakimlər briqadasını təhqir etdiyi və hakimə fiziki təsir göstərdiyi üçün 14 oyun cəzalanır (maddə 37.8, 41.3).

24.04.2022-ci il tarixində Region Liqasının “Cəbrayıl” – “Energetik” oyununda matçın 90+3-cü dəqiqəsində “Energetik” komandasının 97 nömrəli futbolçusu Tural Məmmədzadə hakimlər briqadasını təhqir etdiyi və hakimə fiziki təsir göstərdiyi üçün 14 oyun cəzalanır (maddə 37.8, 41.3).

24.04.2022-ci il tarixində Region Liqasının “Cəbrayıl” – “Energetik” oyununda matçın 90+3-cü dəqiqəsində “Energetik” komandasının cəzası davam edən futbolçusu Orxan Əlibabayev hakimlərə fiziki təsir göstərdiyi üçün 10 oyun cəzalanır (maddə 37.8).

24.04.2022-ci il tarixində Region Liqasının “Cəbrayıl” – “Energetik” oyununda matçın 90+3-cü dəqiqəsində oyun yarımçıq dayandırıldığı üçün “Energetik” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir.