28 aprel 2022 13:29
779

Mariya Stadnik Bakıya qayıdıb

Azərbaycan qadın güləşçisi Mariya Stadnik Ukraynadan Azərbaycana qayıdıb.

“İki sahil” xəbər verir ki,  Federasiyanın Mətbuat Xidmətindənverilən məlumata görə, əslən Lvovdan olan 34 yaşlı idmançı ötən həftədən Bakıdadır.

Stadnik artıq milli komanda ilə məşqlərdə iştirak edir.

Qeyd edək ki, 2 qat dünya və 8 qat Avropa çempionu olan Mariya Stadnik Pekin-2008 və Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc, London-2012 və Rio-2016-da isə gümüş medal qazanıb.