28 aprel 2022 08:30
1002

Mane Didye Droqbanın rekordunu yeniləyib

“Liverpul” klubunun müdafiəçisi Sadio Mane Didye Droqbanın rekordunu yeniləyib.

"İki sahil" xəbər verir ki, Mane UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Vilyarreal” ilə oyunda fərqlənməklə turnirdə qollarının sayını 14-ə çatdırıb. Belə ki, daha əvvəl afrikalı futbolçular arasında Avropanın nüfuzlu klub turnirində ən çox qol vuran D.Droqba idi - 14.

“Enfild” stadionunda keçirilən oyunda “Liverpul” rəqibini 2:0 hesabı ilə məğlub edib.

Mane 2016-cı ildən İngiltərə təmsilçisində çıxış edir. Futbolçunun klubu ilə müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.