27 aprel 2022 20:49
754

Mahir Emreli zədələndi

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən millimizin üzvü Mahir Emreli zədələnib.

“İki sahil” xəbər verir ki, 25 yaşlı hücumçu Xorvatiya çempionatının 32-ci turunda “Qoritsa”ya 1:0 hesabı ilə qalib gəldikləri oyunda çiynindən xəsarət alıb. Onun müalicəyə başladığı və bərpa olunması üçün müəyyən vaxta ehtiyac olduğu bildirilib.

Emrelinin mayın 1-də "Lokomotiv" ilə paytaxt derbisini buraxacağı ehtimal olunur.