"Bursaspor"da çıxış edən millimizin üzvü Namık Ələskərov haqda yeni iddia yayılıb.
"İki sahil" xəbər verir ki, Türkiyə mətbuatı Superliqa təmsilçisi "Sivasspor"un 27 yaşlı yarımmüdafiəçi ilə maraqlandığını yazıb. Bildirilib ki, "Bursaspor" Türkiyə 1-ci liqasını tərk etsə, Namiklə müqavilə avtomatik olaraq ləğv ediləcək. Xəbərdə millimizin oyunçusunun Superliqanın bir çox klublarının maraq dairəsində olduğu da vurğulanıb. Namikin karyerasını Türkiyədə davam etdirmək istədiyi və yüksək liqada göndərilən təklifləri dəyərləndirəcəyi bildirilib.
Qeyd edək ki, N.Ələskərov bu mövsüm meydana çıxdığı 29 matçda 6 qol vurub, 6 qolun ötürməsini verib.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir