27 aprel 2022 15:59
852

Mahir Emreli yenidən zədələnib

Azərbaycan millisinin futbolçusu Mahir Emreli yenidən zədələnib.

“İki sahil” xəbər verir ki,  “Sportske.jutarnji”yə istinadən məlumatına görə, 25 yaşlı futbolçu Zaqreb “Dinamo”sunun son matçında xəsarət alıb.

Xorvatiya çempionatının XXXII turunda “Qoritsa” ilə matçın 75-ci dəqiqəsində çiynindən zədələnərək sıradan çıxan forvard bir müddət komandadan ayrı qalacaq. Həmyerlimiz həm sabah Kiyev “Dinamo”su ilə yoldaşlıq görüşünü, həm də mayın 1-də “Lokomotiv”lə çempionat matçını buraxmalı olacaq.

Emrelinin müayinəsinə artıq başlanılıb.