UEFA Millətlər Liqasında Azərbaycanın rəqiblərindən olan Qazaxıstan yığmasının yeni baş məşqçisi bəlli olub.
"İki sahil" "Sportradar" nəşrinə istinadən xəbər verir ki, milli hazırda Karaqanda "Şaxtyor"una rəhbərlik edən Məhəmməd Adiyevə tapşırılacaq.
Adiyev bu postda Andrey Karpoviçi əvəzləyəcək. 45 yaşlı mütəxəssis "Akjayık"ə 0:1 hesabı ilə uduzduqları VII tur oyunundan sonra klub rəhbərliyi ilə bu məsələ barədə görüşüb.
Qeyd edək ki, Azərbaycan millisi Qazaxıstanla oyunlarını iyunun 3-də səfərdə, sentyabrın 25-də evdə keçirəcək.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir