Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının birinci mərhələsində bu gün növbəti görüşünü keçirəcək.
"İki sahil"in məlumatına görə, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın VI turunda niderlandlı Yorden van Forrestlə üz-üzə gələcək.
Məmmədyarov ilk turda çinli Le Kuanq Lyeyə, beşinci turda niderlandlı Aniş Giriyə qalib gəlib. Təcrübəli şahmatçı II, III və IV turlarda müvafiq olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.
Hazırda 6 xalı olan Məmmədyarov Aniş Giri ilə birlikdə 6-7-ci yerləri bölüşdürür.
Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir