Müqavilə ilə "Qarabağ"a məxsus olan futbolçu Ovusu Kvabena Türkiyənin "Ankaragücü" klubunda qalacaq.
“İki sahil” xəbər verir ki, paytaxt təmsilçisi 25 yaşlı hücumçunun çıxışından razıdır.
Klub icarə əsasında oynayan qanalı forvard ilə daimi müqavilə bağlamaq niyyətindədir. "Qarabağ"ın Kvabenanın satışından qazanc əldə edəcəyi bildirilib.
Oyunçu ilə maraqlanan Türkiyənin digər klubları "Ankaragücü" və "Qarabağ" arasındakı danışıqları izləyirlər. Onlar paytaxt klubunun ən yaxşı futbolçularından sayılan Kvabenanı əldə etməkdə maraqlıdırlar.
Qeyd edək ki, Ovusu Kvabenanın "Qarabağ"la 2023-cü ilin yayınadək müqaviləsi var. O, cari mövsüm I Liqada meydana çıxdığı 20 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir