Fransada prezident seçkiləri zamanı PSJ klubunun futbolçusu Kilian Mbappeyə səs verilib.
“İki sahil” "Estrepublicain" nəşrinə istinadla xəbər verir ki, 24 yaşlı hücumçu ikinci turda 10 səs toplayıb.
Hadisə təxminən 400 nəfərin yaşadığı kiçik Talne kommunasında baş verib. Forvardın adının yazıldığı bülletenlərin keyfiyyətli olması aksiyanın əvvəlcədən planlaşdırıldığını göstərir.
Fransa millisinin hücumçusu prezidentliyə namizədliyini irəli sürmədiyindən səslər nəzərə alınmayıb.
Qeyd edək ki, Emmanuel Makron ardıcıl ikinci dəfə Fransa prezidenti seçilib.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir