26 aprel 2022 20:19
861

“Qarabağ” ona üçillik yeni müqavilə təklif edib

“Qarabağ” klubu gürcüstanlı qapıçı Luka Quqeşaşvilini heyətdə saxlamaq niyyətindədir.

“İki sahil” xəbər verir ki,  hazırda icarə əsasında Ağdam təmsilçisində oynayan qolkiperə üçillik yeni müqavilə təklif olunub.

İyirmi üç yaşlı futbolçunun transfer hüququnun əldə edilməsi üçün Polşanın “Yagelloniya” klubu ilə də danışıqlara başlanıb.

Qeyd edək ki, Luka Quqeşaşvili qış fasiləsində “Qarabağ”a transfer olunub.