Türkiyənin "Bursasporda Bugün" nəşri "Bursaspor"da çıxış edən millimizin üzvü Namik Ələskərov haqda yazıb.
“İki sahil” xəbər verir ki, "Namik Alasgarov şaşırtıyor!" (Namik Ələsgərov təəccübləndirir – red.) başlıqlı yazıda Türkiyə 1-ci liqasında başa çatan 34 turdan sonra 27 yaşlı oyunçunun "Bursaspor"un ən çox qol vuran futbolçusu olduğu xatırladılıb. Onun son olaraq 34-cü turda "Denizlispor"la görüşdə (1:0) komandasının yeganə qolunu vurduğu bildirilib.
Namik "Bursaspor"da 6 qol, 6 qol ötürməsi ilə bu göstəricidə klubun lideridir. Ancaq buna baxmayaraq, millimizin üzvünün yararlana bilmədiyi qol epizodlarınının müzakirələrə səbəb olduğu qeyd edilib.
"Bir çox epizodda bitirici özəlliyi zəif olan Namik Ələskərov yenə "Denizlispor"la görüşdə penaltidən yararlana bilmədi. Bu durum klubun camiəsini də, məşqçi heyətinə də çox təəccübləndirir" - deyə nəşr vurğulayıb.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir