"Mançester Yunayted"in futbolçusu Pol Poqba yay transfer pəncərəsində klubu tərk edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi “qırmızı şeytanlar”dan ayrılacağını artıq komanda yoldaşlarına da deyib. Fransalı oyunçu daha sonra komandanın votsap qrupunu da tərk edib.
Qeyd edək ki, Poqbanın "Mançester Yunayted"lə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub. Daha əvvəl klubun baş məşqçisi Ralf Ranqnik futbolçunun sözləşməni yeniləmək fikrində olmadığını deyib.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir