26 aprel 2022 21:22
859

Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq

22-23 aprel 2022-ci il tarixlərində  Şuşa şəhərində  Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi. Iki gün davam edən  Qurultayda dünyanın 65 ölkəsindən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak etmişdir. Qurultayın azad olunmuş torpaqlarımızda aparılan geniş miqyaslı bərpa-quruculuq dövrünə təsadüf etməsi, xüsusən Azərbaycanın mədəniyyət paytaxtı hesab olunan Şuşada keçirilməsi barədə qərarın tarixi əhəmiyyəti və rəmzi mənası var. Bu mənada, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı Zəfər Qurultayı kimi tarixə düşəcək. Bu tarixi reallıq müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin hərtərəfli düşünülmüş və qətiyyətli siyasətinin nəticəsidir.  Cənab Prezident  Qurultayın işində iştirak edib və çıxış edib. Cənab Prezident çıxışı zmanı bir- çox mühüm məsələlər barədə fikir söyləyib

Cənab Prezident çıxışında qeyd edib ki, “Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikirində deyildi”. Azərbaycanda həyata keçirilən siyasətin, atılan bütün addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq dayanırdı.  Azərbaycan buna öz gücü ilə nail oldu. Tarixi missiyanı həyata keçirən qəhrəman Azərbaycan oğulları tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.

Cənab Prezident xaricdə yaşayan Azərbaycanlıların qazanılmış  Tarixi Qələbədəki rolunu qeyd edərək  ki, həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururdular, bir hədəfə çatmaq üçün çalışırdılar.Hər kəs hər gün öz əməyində, işində, hərə öz yerində bu Qələbə gününü yaxınlaşdırdı.

Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının  Diaspor işləri üzrə Dövlət Komitəsi ilə əlaqələrinə toxunan cənab Prezident qeyd etmişdir ki, bu əlaqələr getdikcə  təkmilləşir. Azərbaycan da yaşayan azərbaycanlılar istəyir ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi vətəni ilə sıx bağlı olsunlar. Xaricdə yaşayan gənc azərbaycanlılar nəm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməlidirlər, həm də bu həqiqətləri öx dostlarına çatdırmalıdırlar.

Şuşada keçirilən Qurultayın çox böyük tarixi məna daşıdığını qeyd edən cənab Prezident bildirmişdir ki, “Bu gün Azərbaycan yeni dövrə qədəm qoyub. Biz 30 il işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, bizim üçün çox ağır idi-mənim üçün Prezident kimi, hər bir vətəndaş üçün-xaricdə yaşayan azərbaycanlılar üçün”. Ancaq bu gün vəziyyətin tam fərqli olduğunu vurğulayan cənab Prezident deyib: ”Bu gün alnımız açıqdır,bu gü üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpaqlarımızdayıq. Bu torpaqda möhkəm dayanməşıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.

Rauf Əliyev,
Milli Məclisin deputatı